Bu rayonda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB- VİDEO

 20:30 09.08.2022     1142

Yevlax rayonunda çoxmənzilli yaşayış binasında baş vermiş yanğın söndürülüb. 

Redaktor.az xəbər verir ki, alovun digər tikililərə keçməsinin qarşısı alınıb. 

Hazırda binaya dəyən ziyan və yanğının başvermə səbəbləri araşdırılır.

***

Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.

Redaktor.az xəbər verir ki, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.

Hazırda binanın beşinci mərtəbəsində yerləşən mənzillərdə güclü yanğının olduğu bildirilir. Sakinlər binadan təxliyə edilir.

Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib (report).

***

Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.

Redaktor.az xəbər verir ki, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.