TƏBİB-dən Yevlaxdakı yanğında xəsarət alanlarla bağlı AÇIQLAMA

 21:35 09.08.2022     1057

Yevlaxda baş verən yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Redaktor.az xəbər vrir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bir nəfər isə əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.