Mənzildə kişi meyiti tapıldı

 12:51 10.08.2022     475

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən,paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nəzirov Əbülfət Ayaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.