Bu rayonda 10 yaşlı uşağı avtomobil vurub öldürdü

 10:58 12.08.2022     1179

Göygöl rayonunda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2012-ci il təvəllüdlü E.Cəfərovu "VAZ" markalı avtomobil vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.