Dənizdə batanlardan 2 nəfərin meyiti çıxarıldı - YENİLƏNİB
Novxanıda tərəfdə dənizdə batan işəxslərin meyiti sudan çıxarılıb.
Redaktor.az xəbər verir ki, onlar 2001-ci il təvəllüdlü Nigar Qasımova və 1999-cu il təvəllüdlü Əliağa Məmmədovdur.
***
Xəzər dənizində daha iki nəfər batıb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
***
Xəzər dənizində iki nəfər batıb.
Redaktor.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.













