İntihar edən qazi ilə bağlı araşdırma aparılır 

 21:19 12.08.2022     498

Qəbələ rayonunun Əmirvan kənd sakini 1998-ci il təvəllüdlü İlkin Elçin oğlu İsmayılov özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb.

Redaktor.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İlkin İsmayılov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Vumart və Güvən reklamı Vumart Güvən