Motosiklet sürücüsü qəzada can verdi

 13:37 13.08.2022     488

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib.

25 yaşlı Əhmədov Qismət Həbib oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə o, hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.