Təcili yardım maşını qəzaya düşdü - Xəsarət alanlar var
Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.













