Göyçayda 3 nəfər dağlıq ərazidə itkin düşdü
Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.
Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.
Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.
Əlavə məlumat veriləcək.













