Dənizdə batmaqda olan 7 nəfər xilas edildi

 23:38 15.08.2022     1599

Avqustun 15-də “Sahil”, “Görədil”, “Mingəçevir”, “Zuğulba” və “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 7 nəfər xilas olunub.

Vumart və Güvən reklamı Vumart Güvən