Xırdalanda çoxmərtəbəli binada partlayış oldu - VİDEO

 00:40 16.08.2022     2239

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat verilməyib (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən