Bakıda işdən çıxan qadın itkin düşdü

 09:16 16.08.2022     3162

Bakıda 27 yaşlı qadın itkin düşüb.

Redaktor.az-ın məlumatına görə, hadisə avqustun 11-də Səbail rayonu, Salyan yolu 32 ünvanında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızı işlədiyi "Gəncə təndiri" adlı çörək sexindən saat 21 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən