Biabırçı videosu yayılan Zaur Mirzəyev kimdir? – YENİ FAKTLAR

 17:00 16.08.2022     25417

İş otağında intim videosu yayılan FHN əməkdaşı Zaur Mirzəyev barəsində yeni faktlar ortaya çıxıb.

Redaktor.az xəbər verir ki,  Zaur Mirzəyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun yaxın qohumudur.

Əldə etdiyimiz məlumata görə, intim münasibət FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi Füzuli Əsədovun iş otagının yanındakı kabinetdə yaşanıb.

Füzuli Əsədovun sabiq nazir Heydər Əsədovun qardaşı olduğu deyilir.

Xatırladaq ki, bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb. Görüntülərdəki şəxs FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevdir.

Digər məlumatlara görə, Zaur Mirzəyev artıq bir həftədir işdən çıxarılıb (konkret.az).