Yatağında siqaret çəkən 61 yaşlı kişi yandı

 22:59 16.08.2022     1259

61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarəti alıb.

Redaktor.az xəbər verir ki, Qax şəhər, Rəşid Behbudov 40 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Saatov Elsevər Saat oğlu yuxarı ətrafın yanıq xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun yaşadığı ünvanda yanıq xəsarəti aldığı məlum olub.

Belə ki, yataq xəstəsi olan Elsevər Saatov siqaret çəkən zaman ehtiyatsızlıqdan yatağa od düşüb, yataq alışıb və o, yanıq xəsarətləri alıb. 

Vumart və Güvən reklamı Vumart Güvən