Xudatdakı yanğınla bağlı yollarda postlar quruldu - FOTO- YENİLƏNİB
Xaçmazın Xudat şəhəri ərazisində baş verən yanğınla bağlı nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün yollarda postlar qurulub.
Redaktor.az xəbər verir ki, Xaçmazın Xudat şəhərinin “4-cü şöbə” adlanan ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğın genişlənərək meşə massivinə keçib.
Məlumata görə, yanğın 30 hektara yaxın ərazini əhatə edir və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir.
Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti postlar qoyulub.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, texnikaları və canlı qüvvəsi cəlb edilib (report.az).
***
Xudat ərazisində meşə massivində yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində biçilmiş taxıl sahəsi və meşə massivində yanğın başlayıb. Təxminən ümumilikdə 30 hektar ərazi yanıb.
Məlumat üçün onuda qeyd edək ki, ərazidə Xudat-Xaçmaz və əks istiqamətdə avtomobillərin gediş-gəlisi i tənzimləmək üçün muvəqqəti postlar qoyulub.
Yanğın baş verən əraziyə hal hazirda FHN-nin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib.













