Şabranda baş verən yanğın qaz təsərrüfatına da zərər vurub
"Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib".
Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib. Bildirilib ki, yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Qaz təsərüfatına dəymiş ziyanla bağlı 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib.
















