Nişanlısının qohumunu BIÇAQLADI

 09:59 19.08.2022     1452

Balakən sakini nişanlısının qohumunu bıçaqlayıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qazma kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - Eşqin Məmliyev və Orxan Xanlayev kənd ərazisində mübahisə ediblər. Bu zamanı E.Məmliyev O.Xanlayevə yumruqla zərbə endirib. Daha sonra O.Xanlayev üzərində olan bıçaqla E.Məmliyevə xəsarət yetirib.

Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən şəxs qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılıb: "Müvafiq ekspertizalar təyin olunub və şöbənin istintaq bölməsində araşdırma aparılır".

Qeyd edək ki, O.Xanlayev bıçaqladığı E.Məmliyevin qohumu ilə nişanlı olub.

Vumart və Güvən reklamı Vumart Güvən