Ordumuzun yüksək rütbəli zabiti vəfat etdi - FOTO

 12:22 19.08.2022     1803

Azərbaycan Ordusunun polkovnik-leytenantı dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, Quru Qoşunlarının zabiti, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün vəfat edib.

Yaxınlarının verdiyi məlumata görə, S.Zülfüqarov İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan həyatını itirib.

Qeyd edək ki, polkovnik-leytenant Seymur Zülfüqarov Vətən Müharibəsinin iştirakçısı olub.

Allah rəhmət eləsin!

2
Vumart və Güvən reklamı Vumart Güvən