İki nəfər çayda boğuldu - YENİLƏNİB

 22:29 19.08.2022     500

Arazda boğulan şəxslərin meyitləri tapılıb.

Redaktor.az xəbər verir ki, Saatlıda Araz çayında boğulan şəxslərin meyitləri tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bu gün saat 18.45 radələrində Saatlı rayon Qıraqlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Aslanov Süphan Nərçi oğlu və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Aslanov Əkrəm Taleh oğlu balıq tutarkən çayda boğulublar.

***

Saatlıda 2 nəfər Araz çayında boğulub.

Redaktor.az apa-ya istinadən xəbər verir ki, çayda balıq tutan 2 nəfər suda can verib.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları və boğulanların şəxsiyyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən