General yanğınların gec söndürülməsinin səbəbini AÇIQLADI

 13:28 20.08.2022     663

"Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır".

Redaktor.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda oraya 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib".

"Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var", - o əlavə edib (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən