Azyaşlı süni göldə BATDI - YENİLƏNİB

 17:17 20.08.2022     673

Qusar rayonunun Laza kəndi ərazisində, süni göldə batan azayaşlının axtarışları başa çatıb.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Qusarda süni göldə azyaşlı batıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veirlib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qusar rayonunun Laza kəndi ərazisində yerləşən süni göldə 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən