Bakıda obyektdə güclü yanğın başladı

 17:55 20.08.2022     744

Bakının Hökməli kəndində obyektdə yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində sexdə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən