Qusarda yeniyetmə göldə boğuldu

 22:55 20.08.2022     1475

Qusar rayonunda göldə yeniyetmə batıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Ləzə kəndi ərazisində qeydə alınıb.

Beləki, Qusar rayonu Əniğ kənd sakini, 2006-cı il təvəllüdlü Tural Minabəddin oğlu Fərzəliyev süni göldə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən