Yanğınsöndürənlərimiz Laçında - VİDEO

 23:12 20.08.2022     1382

Xəbər verdiyimiz kimi, ermənilər Laçını tərk edərkən meşələrə od vururlar.

Redaktor.az xəbər verir ki, artıq həmin ərazilərdə yanğınla mübarizə tədbirlərinə başlanılıb. Bununla bağlı Ermənistan mətbuatı görüntülər yayıb.

Məlumata görə, yanğınsöndürənlərimiz baş verə biləcək hər hansı yanğın hadisəsinin qarşısını almaq üçün Laçına daxil olublar. Onları rus sülhməramlıları müşayiət edib.

Yayılan videoda Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin Laçında olduğu görünür.

 

Vumart və Güvən reklamı Vumart Güvən