Biləsuvarda da yanğın başlayıb

 23:33 20.08.2022     583

Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, hazırda Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən