Yuxarı Qarabağ kanalında batanın meyiti tapıldı

 14:21 21.08.2022     1051

Avqustun 19-da Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən