Polisdən uğurlu əməliyyat - 27 nəfər SAXLANILDI

 14:54 22.08.2022     647

Avqustun 20 və 21-də ölkə ərazisində qeydə alınan 112, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 59 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən