Sabirabadda bədbəxt hadisə

 20:14 22.08.2022     1190

Sabirabadda başına beton düşən şəxs ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən