Bakıda çoxmərtəbəli binada yanğın - YENİLƏNİB

 17:05 23.08.2022     850

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda çoxmətəbəli binada yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən