Şəmkirdə avtomobil aşdı - Xəsarət alanlar var

 22:08 23.08.2022     283

Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-21021" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakini, 1987-ci il təvəllüdlü Yasin Həsənov və 1992-ci il təvəllüdlü Babək Bayramlı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, onların hər ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən