Xarici vətəndaş qəzada can verdi

 10:25 24.08.2022     421

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yük maşınının sürücüsü olan Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Şahin İsmayılı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən