Bu rayonda meşə yanır - FOTO

 15:15 24.08.2022     574

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir (report.az).

2
Vumart və Güvən reklamı Vumart Güvən