Xaçmazda 14 yaşlı oğlan intihar etdi

 17:04 25.08.2022     504

Xaçmaz rayonunda intihar faktı baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dədəli kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Yaqubov Nazim Səbuhi oğlu yaşadığı evin həyətyanı sahəsində özünü asaraq intihar edib.

Redaksiyamıza daxil olan məlumata görə, Nazim Yaqubov imkanlı ziyalı ailədəndir. Onun babası Əbdürrəhim müəllim Xaçmazda çox məşhur tarix müəllimdir. Yaqubovlar ailəsi də sakit, mədəni VƏ ziyalı ailəsi kimi tanındığı üçün Nazimin intihar etməsi bütün Dədəli kəndini şoka salıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən