Şirvanda daşla qətl törədən şəxs saxlanıldı
Şirvanda qətl törədən şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib.
Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu münaqişə zəminində qəsəbə sakini, həmyerlisi 1969-cu il təvəllüdlü Qocayev Kamran Musa oğlunu daşla qətlə yetirərək hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Daşqın Alışov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.













