Bakıda qadını avtomobil vurdu

 09:13 27.08.2022     366

Bakıda 39 yaşlı qadını avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında 1983-cü il təvəllüdlü Salmanova Afət Davud qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən