Bakıda ana övladları ilə birlikdə itkin düşdü

 10:06 27.08.2022     490

Bakıda ana övladları ilə birlikdə itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 24-də Xətai rayonu, G.Mehmandarov küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ələkbərova Aytən Ziyabi qızı övladları - 2009-cu il təvəllüdlü Ayan Ələkbərova və 2014-cü il təvəllüdlü Məhəmmədəli Ələkbərzadə ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən