Goranboyda avtomobil aşdı - Xəsarət alanlar var
Goranboy rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb və nəticədə 4 nəfər xəsarət alıb.
Onlar hadisə yerinə cəlb olunan təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.
Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.













