Sumqayıtda 22 yaşlı gənc qətlə yetirildi

 15:43 27.08.2022     397

Sumqayıt şəhərində gənc oğlan qətlə yetirilib.

Bu barədə Redaktor.az-a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən