5-ci mərtəbədən yıxılan uşaq öldü

 09:22 28.08.2022     466

Şirvanda 5-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 27-də Şirvan şəhərində köçkün qəsəbəsində baş verib.

Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Ömər Səmədov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən