Bərdədə azyaşlı qəflətən ÖLDÜ
Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb.
Redaktor.az xəbər verir ki, hadisə avqustun 28-də rayonunun Mollaəhmədli kəndində qeydə alınıb.
Belə ki, rayon sakini, 2016-cı il təvəllüdlü Səfərov Allahverdi Seymur oğlu yaşadığı evdə qəflətən halı pisləşərək ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.













