Bakıda torpaq sürüşdü

 10:49 29.08.2022     458

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

Redaktor.az xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.

Vumart və Güvən reklamı Vumart Güvən