İsrailli turist öldü

 09:14 30.08.2022     354

Azərbaycanda İsrail vətəndaşı ölüb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 28-də Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü, İsrail vətəndaşı Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə icarəyə götürdüyü "Mercedes-Benz Sprinter" markalı avtomobil ilə Quba rayonundan istirahətdən qayıdarkən özünü pis hiss edib. Quba-Bakı yolunun 23 km yerləşən Saray YPX Postuna çatanda yaxınlarının təcili tibbi yardım xidmətini çağırmalarına baxmayaraq saat 23:30-da avtomobildə ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən