Gəncədə yeniyetmənin əlində qumbara partladı

 10:01 30.08.2022     614

Gəncə şəhər sakini 15 yaşlı uşağında əlində qumbara partlayıb.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad-soyad şərtidir) yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

Yeniyetmə həmin alışdırıcıya toxunarkən səs partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N. Mustafayeva aşağı ətrafların, sol qolun üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş xəsarətləri alıb.

Yeniyetmə xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən