Bu rayonda mina partladı - Xəsarət alan var

 11:17 30.08.2022     615

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayıb.

Bu barədə Redaktor.az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, partlayış nəticəsində, minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

"Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən