Oğuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

 18:18 30.08.2022     504

Oğuz rayonunda yol qəzası baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NİVA" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində ikincisi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə minik maşınında olan bir-neçə nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən