"Prius"un vurduğu 82 yaşlı kişi öldü

 09:35 31.08.2022     443

Avqustun 30-da 82 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 30-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Ruslan Qəşəm oğlu Baxışovun idarə etdiyi "Toyata Prius" markalı avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Əliqulu Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən