İsmayıllıda baş verən yanğın söndürüldü
İsmayıllıda baş verən yanğın söndürülüb, Şabranda isə məhdudlaşdırılıb.
Bunu Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə ETSN-in bütün yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar.
O qeyd edib ki, artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.
Nazirlik rəsmisi onu da deyib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Hazırda ərazidə soyutma işləri aparılır.













