Qubadakı yanğına görə bir nəfər SAXLANILDI

 11:17 01.09.2022     370

Qubada baş  verən yanğınla əlaqədar  1 nəfər məsuliyyətə cəlb edilib.    

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.  
Belə ki,  rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı  sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Quba RPŞ-nin və YMX-nin əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada pratokol tərtib edilib.

2
Vumart və Güvən reklamı Vumart Güvən