Evdən pul oğurlayan qadın SAXLANILDI

 20:00 01.09.2022     497

Abşeronda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, mayın 1-də rayon ərazisindəki evlərin birindən 5440 manat pul oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qafarova saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən