Neftçalada azyaşlı dənizdə boğuldu

 21:00 01.09.2022     449

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə (“Neftçala” sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən